• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

DTX rəsmisindən süni intellektlə bağlı XƏBƏRDARLIQ

CƏMİYYƏT

19 Noyabr 2026 | 13:10 | Müəllif: Qalib İbrahimoğlu

DTX rəsmisindən süni intellektlə bağlı XƏBƏRDARLIQ

“2020-ci ildən etibarən kritik informasiya infrastrukturunun mühafizəsi ilə bağlı qanunvericilik aktlarının əsasını formalaşdırmağa başlamışıq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzinin rəisi Davud Rüstəmov Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans çərçivəsində keçirilən panel müzakirəsində deyib.

Onun sözlərinə görə, bu istiqamətdə İsrail, Türkiyə, İtaliya, ABŞ və digər inkişaf etmiş ölkələrin təcrübəsi öyrənilib, eyni zamanda Azərbaycan qanunvericiliyində özünəməxsus yanaşma formalaşdırılıb.

Davud Rüstəmov bildirib ki, kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı qanunvericilik işləri tamamlanıb. Dövlət Təhlükəsizliyi Xidməti kritik informasiya infrastrukturunun təhlükəsizliyinə cavabdeh əsas qurum kimi müəyyən edilib və bu sahədə dövlət nəzarətini həyata keçirir.

O, həmçinin süni intellekt əsaslı texnologiyaların yaratdığı kibertəhlükələrə diqqət çəkib. Qeyd edib ki, süni intellekt əsasında hazırlanan tətbiqlərdə müxtəlif kitabxana və agentlərdən istifadə olunur. Bu komponentlər digər süni intellekt əsaslı kiberhücum vasitələrinin təsirinə məruz qala və zəifliklər yarada bilər.

Mərkəzin rəisi xüsusilə kritik infrastrukturu hədəf alan dövlətlə əlaqəli kibertəhdid aktorlarının yaratdığı risklərə diqqət çəkib.

Onun fikrincə, süni intellektin üstünlükləri ilə yanaşı, bu texnologiyaların yaratdığı təhlükəsizlik riskləri də nəzərə alınmalıdır.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026