• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Gürcüstanda matəm elan olunub

DÜNYA

20 Noyabr 2026 | 10:11 | Müəllif: Əli Hüseynov

Gürcüstanda matəm elan olunub

Tbilisidə ötən gün yaşayış binasında partlayış nəticəsində 6 nəfərin həyatını itirməsi ilə bağlı noyabrın 22-si Gürcüstanda matəm günü elan edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.

    Qərara əsasən, matəm günündə həlak olanların xatirəsini anmaq məqsədilə Gürcüstan ərazisində dövlət bayraqları endiriləcək.

    Qeyd edək ki, hadisə zamanı 4 nəfər xəsarət alıb. Dağıntılar altında qalan 7 nəfərdən yalnız biri — üç yaşlı uşaq sağ çıxarılıb. Ölənlərin 3-ü qadın, 1-i kişi, 2-si isə uşaqdır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    19 Noyabr 2026