• Bakı 11° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Çin nümayəndə heyəti Milli Müdafiə Universitetini ziyarət edib

SİYASƏT

19 Noyabr 2026 | 17:21 | Müəllif: Əli Hüseynov

Çin nümayəndə heyəti Milli Müdafiə Universitetini ziyarət edib

"Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası müdafiə nazirlikləri arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq Planı"na əsasən Çin Xalq Azadlıq Ordusunun Hərbi Elmlər Akademiyasının (Academy of Military Sciences - AMS) Hərbi Araşdırmalar İnstitutunun elmi işçisi, baş polkovnik Li Şuyinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, nümayəndə heyəti ilə görüşən Milli Müdafiə Universiteti (MMU) rektorunun elm və təhsil üzrə müavini general-mayor Arif Həsənov iki ölkə arasında qurulan əlaqələrin hərbi təhsil sahəsində də uğurla inkişaf etdirildiyini bildirib.

    Görüşdə qonaqlara MMU və onun tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinin yaranma tarixi, təhsil sistemi, tədris prosesi, elektron qəbul qaydaları və digər mövzulara dair təqdimat nümayiş etdirilib, onları maraqlandıran suallar cavablandırılıb.

    Səfər çərçivəsində qonaqlar MMU-nun Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində olublar. Onlara mərkəzin təyinatı, yaranma tarixi və vəzifələri barədə məlumatlar verilib.

    Həmçinin tərəflər arasında müvafiq mövzularda geniş fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

    Sonda hədiyyə mübadiləsi aparılıb və xatirə fotosu çəkdirilib.


    Çin nümayəndə heyəti Milli Müdafiə Universitetini ziyarət edibÇin nümayəndə heyəti Milli Müdafiə Universitetini ziyarət edibÇin nümayəndə heyəti Milli Müdafiə Universitetini ziyarət edib
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    21 Noyabr 2026