• Bakı 13° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Tbilisidə partlayış oldu, bina uçdu - Ölənlər var - YENİLƏNİB +VİDEO

DÜNYA

20 Noyabr 2026 | 00:33 | Müəllif: Subhan Mahmudov

Tbilisidə partlayış oldu, bina uçdu - Ölənlər var - YENİLƏNİB +VİDEO

Tbilisinin Poniçala qəsəbəsində yaşayış binasında baş verən partlayış nəticəsində dağıntılar altında qalan sonuncu şəxsin də meyiti çıxarılıb.

Bakıvaxtı.az xəbər verir ki, sonuncu tapılan şəxsin azyaşlı olduğu bildirilir.

Beləliklə, hadisə nəticəsində ölənlərin ümumi sayı altıya çatıb. Həlak olanlardan üçü qadın, biri kişi, ikisi isə uşaqdır.

Qeyd edək ki, dağıntılar altında qalan yeddi nəfərdən yalnız üç yaşlı uşaq sağ xilas edilib. Hadisə zamanı xəsarət alan dörd nəfər xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.

Axtarış-xilasetmə əməliyyatı başa çatıb.

19 noyabr, 21:53

Tbilisinin Poniçala qəsəbəsində yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı beşə çatıb, dağıntılar altında qaldığı ehtimal edilən daha bir nəfərin axtarışı davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, xilasedicilər dağıntılar altından daha bir nəfərin meyitini çıxarıblar.

Hadisə nəticəsində xəsarət alan 5 nəfər xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlərdən 31 yaşlı kişinin vəziyyəti ağırdır. Onun bədəninin təxminən 87 faizi yanıb, tənəffüs yolları zədələnib.

Hazırda dağıntılar altında qalan sonuncu şəxsin axtarışı aparılır.

Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvilinin sözlərinə görə, hadisə beşinci mərtəbədəki mənzildə qazla işləyən qızdırıcı cihazdan istifadə zamanı baş verib.

Xatırladaq ki, Azərbaycan Tbilisidəki yaşayış binasında baş verən partlayışla bağlı Gürcüstana başsağlığı verib.

19 noyabr, 18:50

Tbilisinin Poniçala qəsəbəsində partlayışdan sonra yaşayış binasının dağıntıları altından daha bir nəfərin meyiti çıxarılıb.

Bakıvaxtı.az xəbər verir ki, xilasedicilər hazırda dağıntılar altında qalan 3 nəfərin axtarışını davam etdirirlər.

İlkin məlumata görə, partlayışa binada təbii qazın yığılması səbəb olub.

*** 18:42

Tbilisi yaxınlığındakı Poniçalada qaz partlayışı baş verib. 

Bakıvaxtı.az xəbər verir ki, nəticədə beşmərtəbəli yaşayış binası uçub.

Xilasedicilər yaşayış binasının dağıntıları altından iki nəfərin cəsədini çıxarıblar.

İlkin məlumatlara görə, beşmərtəbəli binanın yuxarı mərtəbəsində baş verən qaz qızdırıcısının partlaması nəticəsində 11 yaşlı uşaq da daxil olmaqla dörd nəfər xəsarət alıb.

İlkin məlumatlara görə, qurbanlardan biri uşaq olub.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026