• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Bakıda Gələcəyin Peşələri Sammiti keçirilib

CƏMİYYƏT

19 Noyabr 2026 | 10:37 | Müəllif: Əli Hüseynov

Bakıda Gələcəyin Peşələri Sammiti keçirilib

Bakıda Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə növbəti Gələcəyin Peşələri Sammiti keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi sammit “Gələcəyə tərəf” devizi altında baş tutub.

Tədbirin əsas məqsədi əmək bazarının dəyişən tələblərinə uyğun bacarıqların inkişaf etdirilməsi, mütəxəssislərin yeni çağırışlara hazırlanması, eləcə də insan kapitalının inkişafında beynəlxalq təcrübə və innovativ yanaşmaların təşviqi olub.

Sammitin açılışında çıxış edən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov texnoloji yeniliklərin, süni intellektin və rəqəmsallaşmanın əmək bazarına təsirindən danışıb. O bildirib ki, bu dəyişikliklər peşələrin məzmununu və işəgötürənlərin tələblərini əhəmiyyətli dərəcədə dəyişir. Buna görə də gələcək tendensiyaları əvvəlcədən müəyyənləşdirmək və onlara hazırlaşmaq vacibdir.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov isə süni intellekt dövründə insan kapitalının inkişafı məsələsinə toxunub. O, əmək bazarı iştirakçılarının süni intellekt sahəsində bilik və bacarıqlarını artırmasının vacibliyini vurğulayıb, Azərbaycanda süni intellekt ekosisteminin formalaşdırılması istiqamətində görülən işlərdən bəhs edib.

Sammit çərçivəsində “Qlobal dəyişikliklərdən fərdi bacarıqlara” və “Dəyişiklikdən rəqabət üstünlüyünə” mövzularında panel müzakirələri təşkil olunub.

Müzakirələrdə qlobal əmək bazarının transformasiyası, süni intellekt dövründə fərdi rəqabət üstünlüyünün əldə edilməsi, gələcəyə hazır təşkilatların qurulması və insan kapitalının inkişafı məsələləri diqqət mərkəzində olub.

Tədbir çərçivəsində, həmçinin “Birlikdə qur, birlikdə yüksəl!” adlı vörkşop keçirilib.

Qeyd edək ki, Gələcəyin Peşələri Sammitinin gələcəkdə Azərbaycanın regionlarında da təşkili nəzərdə tutulur.


Bakıda Gələcəyin Peşələri Sammiti keçirilibBakıda Gələcəyin Peşələri Sammiti keçirilibBakıda Gələcəyin Peşələri Sammiti keçirilib
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026