• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Dövlət Qulluğu üzrə daxili müsahibə elanı ləğv edildi

CƏMİYYƏT

18 Noyabr 2026 | 16:55 | Müəllif: Əli Hüseynov

Dövlət Qulluğu üzrə daxili müsahibə elanı ləğv edildi

Dövllət Qulluğu üzrə 16 noyabr 2026-cı il tarixində elan edilmiş daxili müsahibə elanı ləğv edilib.

Bu barədə Bakıvaxtı.az-a DİM-dən məlumat verilib.

    “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2026-cı il 16 oktyabr tarixli 490-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının icrası, habelə dövlət qulluğu sahəsində yeni hüquqi tənzimləmələrin tətbiqi nəzərə alınaraq, 16 noyabr 2026-cı il tarixində elan edilmiş daxili müsahibə elanı ləğv edilib.

    "2026-cı ilin sonunadək keçiriləcək müsahibələr zamanı namizədlərə əvvəlcədən elan edilmiş müsahibə proqramlarında əksini tapmış və “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2026-cı il 16 oktyabr tarixli 490-VIIQ nömrəli Qanunu ilə qüvvədən düşmüş normativ hüquqi aktların yalnız Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsi ilə eynilik təşkil edən müddəalarından suallar veriləcək. Digər hüquqi aktlara və mövzulara aid olan hissədə namizədlərin bilik səviyyəsinin qiymətləndirilməsi əvvəlcədən elan edilmiş müsahibə proqramları əsasında həyata keçiriləcəkdir", - məlumatda qeyd olunub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    29 Noyabr 2026
    28 Noyabr 2026