• Bakı 9° C

    3.37 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Kompani yenidən iş başında

İDMAN

18 Noyabr 2026 | 19:41 | Müəllif: Subhan Mahmudov

Kompani yenidən iş başında

“Bavariya”nın baş məşqçisi Vinsent Kompani səhhətindəki problemlər səbəbindən bir müddət komandadan ayrı qaldıqdan sonra işə qayıdıb.

Bakıvaxtı.az xəbər verir ki, belçikalı mütəxəssis bu həftə klubun məşq bazasında olub. Onun cümə günü “Köln”lə keçiriləcək Bundesliqa matçı öncəsi mətbuat konfransında da iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, 40 yaşlı məşqçi oktyabrın ortalarında “Leypsiq”lə 6:1 hesablı matçda özünü narahat hiss etmişdi. Kompani həmin görüşdən 4 gün sonra “Arsenal”la Çempionlar Liqası oyununda komandanı idarə etsə də, iki gün sonra Münhendə məşq zamanı huşunu itirərək xəstəxanaya yerləşdirilmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR