• Bakı 12° C

    0.69 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Ağıllı saatlara görə vergi alınacaq

CƏMİYYƏT

18 Noyabr 2026 | 13:29 | Müəllif: Günəş Mərd

Ağıllı saatlara görə vergi alınacaq

Ağıllı saatlar mobil cihaz sayılacaq, hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

    Qeyd edilib ki, 9 dekabr 2025-ci il tarixli 297-VIIQD nömrəli Qanunla Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 20 manat məbləğində aksiz müəyyən edilib. Eyni zamanda fiziki şəxslər tərəfindən şəxsi məqsədlər üçün gömrük ödənişlərindən azad olunmaqla təqvim ili ərzində 1 ədəd mobil cihazın gətirilməsi nəzərdə tutulub və bu müddəalar 1 yanvar 2026-cı il tarixindən qüvvəyə minib.

    Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    17 Noyabr 2026