• Bakı 8° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Elektrikli avtomobillər vergidən azad olunacaq?

CƏMİYYƏT

18 Noyabr 2026 | 11:55 | Müəllif: Günəş Mərd

Elektrikli avtomobillər vergidən azad olunacaq?

"Dünyanın əksər ölkələrində elektrik avtomobillərinin alışını stimullaşdırmaq məqsədilə vergi güzəştləri tətbiq olunur. Yəni istəyirlər ki, elektrik avtomobilləri daha çox alınsın, istehsalı artsın və tədricən digər avtomobillərin bazardan çıxarılması prosesi həyata keçirilsin".

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bugünkü plenar iclasında Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, elektrik avtomobilləri istehsal edən azsaylı dövlətlər isə öz bazarlarını qorumaq məqsədilə vergi tətbiq edirlər. Bu da istehsalçı ölkələrin strategiyasına uyğun bir addım olmalıdır.

"Azərbaycanda ötən ilə qədər elektrik avtomobillərinin ölkəyə gətirilməsinə görə vergi tutulmurdu. Lakin bu ildən həmin güzəştlər məhdudlaşdırıldı.Məncə, bu qərar ölkəmizin iqtisadi imkanlarına kifayət qədər təsir göstərəcək. Vergilərin tətbiqi təbii olaraq ölkəyə gətirilən elektrik avtomobillərinin qiymətlərinin artmasına səbəb olacaq. Artıq qiymətlərdə də bu artım müşahidə olunur. Eyni zamanda, bu qərar ölkəyə gətirilən elektrik avtomobillərinin sayının azalmasına gətirib çıxaracaq", - deyə parlamentari vurğulayıb.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026