• Bakı 11° C

    0.24 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Əli Əsədov Mariam Kvrivişvili ilə görüşüb

SİYASƏT

18 Noyabr 2026 | 17:29 | Müəllif: Günəş Mərd

Əli Əsədov Mariam Kvrivişvili ilə görüşüb

Azərbaycan Baş naziri Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüşüb.

Bu barədə Bakıvaxtı.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb.

Oktyabrın 30-da keçirilmiş Azərbaycan–Gürcüstan Hökumətlərarası Komissiyasının 11-ci iclasında razılaşdırılan məsələlərin icrası, həmçinin ikitərəfli əlaqələrin aktual istiqamətləri nəzərdən keçirilib. Ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, enerji və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR