• Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Tramp-Putin görüşü başladı

DÜNYA

19 Noyabr 2026 | 08:48 | Müəllif: Qalib İbrahimoğlu

Tramp-Putin görüşü başladı

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında ikitərəfli görüş başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS xəbər agentliyi məlumat verib.

    Danışıqlar Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tutur.

    Bu, 2025-ci ilin avqustunda Ankoricdə keçirilən sammitdən sonra Putin və Trampın ilk üzbəüz görüşüdür. Ümumilikdə isə son 9 ildə (Trampın hər iki prezidentlik dövrü ərzində) liderlər səkkizinci dəfə görüşürlər.

    Dünən Rusiya və ABŞ prezidentlərinin rəsmi qəbul zamanı qısa söhbət etmək imkanı olub. Onlar əl sıxaraq bir neçə kəlmə ilə fikir mübadiləsi aparıblar. Hazırda isə dövlət başçıları nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqlar aparırlar.

     


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    18 Noyabr 2026