• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bakıda yağış, bölgələrdə qar yağacaq

CƏMİYYƏT

19 Noyabr 2026 | 13:02 | Müəllif: Əli Hüseynov

Bakıda yağış, bölgələrdə qar yağacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, səhər saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Güclü qərb və şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 10-15, gündüz 16-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət isə 50-60 faiz təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı hava şəraiti müşahidə olunacaq. Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli intensiv olacağı, dağlıq ərazilərdə isə qar yağacağı ehtimal edilir.

Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu rayonlarda gecə 5-10, gündüz 17-21 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 0-5, gündüz 13-18 dərəcə isti olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR