• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ölkədə şagirdlərin sayı bir ildə 20 mindən çox azalıb - RƏSMİ

CƏMİYYƏT

19 Noyabr 2026 | 10:49 | Müəllif: Əli Hüseynov

Ölkədə şagirdlərin sayı bir ildə 20 mindən çox azalıb - RƏSMİ

Azərbaycanda ümumi təhsil müəssisələrində oxuyan şagirdlərin sayı ötən tədris ili ilə müqayisədə azalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Məlumata əsasən, azalma xüsusilə kənd məktəblərində qeydə alınıb. Belə ki, 2025/2026-cı tədris ilində ölkənin şəhər məktəblərində 1 milyon 96.8 min, kənd məktəblərində isə 577.9 min şagird təhsil alıb.

Müqayisə üçün qeyd edək ki, 2024/2025-ci tədris ilində şəhər məktəblərində 1 milyon 98.4 min, kənd məktəblərində isə 596.7 min şagird olub.

Beləliklə, bir tədris ili ərzində şəhər məktəblərində şagirdlərin sayı 1 600 nəfər, kənd məktəblərində isə 18 800 nəfər azalıb.

Ümumilikdə, ölkə üzrə ümumi təhsil müəssisələrində şagirdlərin sayı əvvəlki tədris ili ilə müqayisədə 20 400 nəfər azalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026