• Bakı 13° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Tramp Obamanı günahlandırdı

DÜNYA

19 Noyabr 2026 | 13:08 | Müəllif: Gülşən Şərif

Tramp Obamanı günahlandırdı

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Çin arasındakı yaxınlaşmanın səbəbini Barak Obama administrasiyasının enerji siyasəti ilə əlaqələndirib.

Bakıvaxtı.az "Fox News"a xəbər verir ki, o, bu prosesin Co Baydenin dövründə deyil, ABŞ-nin 44-cü prezidentinin prezidentliyi dövründə başladığını vurğulayıb.

"Obama əvvəllər də orada idi. O, enerji məsələsində Rusiya-Çin yaxınlaşmasına səbəb oldu", - deyə Tramp iddia edib.

Amerika prezidentinin sözlərinə görə, ittifaq Çinin enerjiyə ehtiyacı olduğu və Rusiyanın buna sahib olduğu üçün yaranıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026