• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Əraqçi: İranın Ağ Evə hücum planlaşdırması ilə bağlı iddialar cəfəngiyyatdır

DÜNYA

17 Noyabr 2026 | 20:41 | Müəllif: Subhan Mahmudov

Əraqçi: İranın Ağ Evə hücum planlaşdırması ilə bağlı iddialar cəfəngiyyatdır

İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın Vaşinqtonda (Kolumbiya Dairəsi-red.) kimyəvi silahlardan istifadə etməyi planlaşdırması və bəndlərin altında raket bazaları inşa etməsi ilə bağlı mediada yayılan məlumatları təkzib edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə A. Əraqçi "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Nazir bildirib ki, son 72 saat ərzində İsrailə yaxın media orqanlarında bu iddialarla bağlı xəbərlər dərc olunub.

Əraqçi yayılan məlumatları "cəfəngiyyat" adlandıraraq, onları İraq müharibəsi dövründəki təbliğat kampaniyalarına bənzədib.

O, iddiaların arxasında İsrailin olduğunu irəli sürüb və bu cür məlumatların ictimaiyyət tərəfindən qəbul edilməyəcəyini vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026