• Bakı 10° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Braziliya Sinqapura 7 qol vurdu

İDMAN

17 Noyabr 2026 | 19:00 | Müəllif: Subhan Mahmudov

Braziliya Sinqapura 7 qol vurdu

Braziliya millisi yoldaşlıq oyununda Sinqapura böyük hesabla qalib gəlib.

Bakıvaxtı.az xəbər verir ki, Cənubi Amerika təmsilçisi rəqibini 7:0 hesabı ilə məğlub edib.

Oyunda Vinisius Junior het-trik edib. O, 9, 15 və 21-ci dəqiqələrdə fərqlənib. Endrik 31-ci, Estevao 51-ci, Rayyan isə 65-ci dəqiqədə qol vurub. Sinqapur millisinin müdafiəçisi Raul Suhaymi 74-cü dəqiqədə avtoqol müəllifi olub.

Qeyd edək ki, Braziliya noyabrın 14-də Yaponiyaya qarşı keçirdiyi yoldaşlıq görüşündə 2:3 hesabı ilə uduzmuşdu.

Onu da bildirək ki, FİFA reytinqində Braziliya 6-cı, Sinqapur isə 149-cu yerdədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR