• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda daha bir marşrut avtobusu piyadanı vurub öldürdü

HADİSƏ

17 Noyabr 2026 | 11:45 | Müəllif: Əli Hüseynov

Bakıda daha bir marşrut avtobusu piyadanı vurub öldürdü

Bakıda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Bakıvaxtı.az qafqazinfo-ya istinadla xəbər verir ki, noyabrın 16-sı saat 10 radələrində Heydər Əliyev prospektində İlqar Ələz oğlu Saxvanov 15 saylı müntəzəm marşrut xətti üzrə idarə etdiyi “Daewoo” markalı 10-TG-801 nömrə nişanlı avtobusla yolu keçən gənc qızı vurub.

Nəticədə, ağır xəsarətlər alan paytaxt sakini 2002-ci il təvəllüdlü Fatimeyi Zəhra Bayram qızı Babayeva hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar polis tərəfindən aparılır.

Qeyd edək ki, noyabrın 15-i də paytaxtın Nizami rayonunda marşrut avtobusu piyadanı vurub öldürmüşdü.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026