• Bakı 11° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Rubinyan: Ermənistan tranzit şansını qaçırmamalıdır

DÜNYA

17 Noyabr 2026 | 15:58 | Müəllif: Gülşən Şərif

Rubinyan: Ermənistan tranzit şansını qaçırmamalıdır

Hazırkı vəziyyət Ermənistana iqtisadi zərər vura bilər. 

Bakıvaxti.az "Armenpress"ə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Ruben Rubinyan deyib.

O,jurnalistlərə açıqlamasında Ermənistan dəmir yolunun Rusiya tərəfindən idarə olunması məsələsinə toxunub.

Sədrin sözlərinə görə, Ermənistanda dəmir yolunun yenilənməsinə ehtiyac var:

"Bu, geosiyasi deyil, iqtisadi məsələdir. Bizə sərfəli həll lazımdır. Dəmir yolları ilə bağlı danışıqlarda ölkənin iqtisadi maraqları qorunmalıdır. Ermənistanın Rusiyaya qarşı etirazı yoxdur, amma təcriddə qalmaq istəmir. Əsas məqsəd tranzit ölkə olmaq fürsətini qaçırmamaqdır".

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR