Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Mingəçevir-Bəhrəmtəpə yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Goranboy sakini Tural Əliyevin idarə etdiyi "İnfinti" markalı minik maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı sürücünün öldüyü bildirilir.
















