Türkiyəli müğənni və aktyor Yavuz Bingöl öd kisəsində aşkarlanan daş səbəbindən xəstəxanaya yerləşdirilib.
Bakıvaxtı.az "NTV"yə istinadən xəbər verir ki, sənətçi hazırda İstanbulda yerləşən Başkent Universiteti Altunizade Xəstəxanasında müalicə alır.
Xəstəxanada aparılan müayinələrdən sonra həkimlər onun öd kisəsinin cərrahi yolla çıxarılmasına qərar veriblər. Əməliyyatın gecə saatlarında həyata keçiriləcəyi bildirilir.
Qeyd edək ki, Yavuz Bingöl iyul ayında Malatyada planlaşdırılan konsertini də öd kisəsi ilə bağlı səhhətində yaranan problemə görə ləğv etmişdi. Sənətçi həmin vaxt sağlamlıq vəziyyətinin ciddi olmadığını və öd kisəsini əməliyyatla çıxartdırmağı planlaşdırdığını açıqlamışdı.
Murad İsmayıl
















