• Bakı 8° C

    2.56 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Bülbülə gölü daşdı, evləri su basdı - VİDEO

HADİSƏ

16 Noyabr 2026 | 23:21 | Müəllif: Subhan Mahmudov

Bülbülə gölü daşdı, evləri su basdı - VİDEO

Bülbülə gölünün suyu daşaraq ətrafdakı evlərə dolur.

Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mikayıl Müşfiq küçəsində yaşayan sakinlər "Xəzər Xəbər"in qaynar xəttinə müraciət ediblər.

Bakıvaxtı.az Xəzər TV-yə istinadən bildirir ki, onlar iddia edirlər ki, Bülbülə gölünün yaxınlığından kanalizasiya xəttinin çəkilişi zamanı gölün bəndi yarılıb.

Sakinlərin sözlərinə görə, daşan su evlərin zirzəmilərinə, içərisinə də dolub.

İri Şəhərlərin Su Təchizatındən bildirildi ki, qeyd olunan ərazidə Bülbülə gölünün sahəsinin torpaqla doldurularaq kiçildilməsi və ərazidə park salınması istiqamətində işlər aparılır. Paralel olaraq kanalizasiya xətləri də çəkilir. Yağıntıların intensiv olması nəticəsində göldə suyun səviyyəsi yüksələrək ətrafdakı həyətləri su basmasına səbəb olub. Hazırda əraziyə əlavə nasoslar quraşdırılır. Yaxın günlərdə suyun həyətlərdən çəkilərək ərazinin təmizlənməsi təmin ediləcək.

Daha ətraflı videomaterialı təqdim edirik.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR