• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Xaçmazda maşın aşdı - 1 ölü, 4 yaralı 

HADİSƏ

16 Noyabr 2026 | 13:42 | Müəllif: Əli Hüseynov

Xaçmazda maşın aşdı - 1 ölü, 4 yaralı

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Xudat-Yalama avtomobil yolunun rayonun Ləcət kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində sürücü, Ləcət kənd sakini Muradxanov Asim Rüfət oğlu hadisə yerində ölüb. Avtomobildə olan digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Qeyd edək ki, Asim Muradxanov Vətən müharibəsi iştirakçısı olub.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026