Ermənistanda saxlanılan Azərbaycan Ordusunun hərbi qulluqçusu Nəsimi Musayevin cinayət işi məhkəməyə göndərilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, işə Sünik məhkəməsində baxılacaq.
Qeyd edək ki, ötən həftə Nəsimi Musayev barəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq başa çatıb, iş ittiham aktının təsdiqlənməsi üçün nəzarətçi prokurora göndərilib.
















