• Bakı 13° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Ağcabədidə qəbiristanlıqdan 10 min manatlıq oğurluq edilib

HADİSƏ

16 Noyabr 2026 | 17:24 | Müəllif: Əli Hüseynov

Ağcabədidə qəbiristanlıqdan 10 min manatlıq oğurluq edilib

Ağcabədi rayonunda qəbiristanlıqdan oğurluq edilib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Yuxarı Qiyaməddinli kənd məzarlığında qeydə alınıb.

Belə ki, yaxınlarının məzarını ziyarətə gələn sakinlər qəbirüstü abidələrin üzərindəki mərmər gül qablarının yoxa çıxdığını görüblər.

Sakinlərin iddiasına görə, oğurlanan əşyaların ümumi dəyəri 10 min manatdan çoxdur.

Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026