• Bakı 9° C

    5.39 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

İordaniya "Telegram"ı blokladı

DÜNYA

16 Noyabr 2026 | 13:28 | Müəllif: Gülşən Şərif

İordaniya "Telegram"ı blokladı

 İordaniyada "Telegram" tətbiqinin fəaliyyəti dayandırılıb.

Bakıvaxtı.az "Petra" agentliyinə istinadən xəbər verir ki, bu barədə İordaniyanın İctimai Təhlükəsizlik Departamenti məlumat yayıb. 

Departament bildirib ki, qərar rəqəmsal təhlükəsizliyin gücləndirilməsi və istifadəçilərin qorunması məqsədilə verilib. Bu cür platformalar kibercinayətkarlıq, hədə-qorxu, şantaj və qanunu pozan məzmunun yayılmasına səbəb ola bilər. Həmçinin ekstremizm və radikal baxışların yayılması riski yaradır.

İctimai Təhlükəsizlik Departamenti vətəndaşları sosial mediadan istifadə edərkən diqqətli olmağa çağırıb. Qurum naməlum mənbələrdən gələn mesajlara və linklərə cavab verilməməsini tövsiyə edib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026