• Bakı 10° C

    7.09 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

NASA tarixi həddə çatır

DÜNYA

16 Noyabr 2026 | 11:18 | Müəllif: Gülşən Şərif

NASA tarixi həddə çatır

NASA-nın "Voyager 1" zondu yeni kosmik sərhədə yaxınlaşır.

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, zond noyabrın 18-də Yer kürəsindən 1 işıq günü - təxminən 26 milyard kilometr məsafədə olan ilk kosmik gəmi olacaq.

Qeyd edək ki, "Voyager 1" 5 sentyabr 1977-ci ildə buraxılıb. Onun əkizi "Voyager 2" isə 20 avqustda kosmosa göndərilmişdi. Bir neçə aydan sonra "Voyager 1" əkizini keçərək ən uzaq kosmik gəmi olub. Zond Yupiter və Saturn, həmçinin onların peykləri haqqında Yerə çoxlu yeni məlumatlar göndərib. 2012-ci ilin avqustunda isə Günəş sisteminin sərhədi sayılan heliosferi keçən ilk kosmik gəmi olub. "Voyager 2" fərqli trayektoriya ilə hərəkət edərək Uran və Neptunu ziyarət edib.

Gülşən Şərif

 


 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026