• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Külək xəstəlikləri oyadır: Soyuğa bu cür çıxmayın!

CƏMİYYƏT

16 Noyabr 2026 | 10:36 | Müəllif: Günəş Mərd

Külək xəstəlikləri oyadır: Soyuğa bu cür çıxmayın!

Havaların küləkli olduğu günlərdə bəzi insanlarda qulaq və baş ağrısı, eləcə də üz nahiyəsində narahatlıq yaranır.

Bəs bu ağrıların səbəbi nədir və onlardan qorunmaq üçün hansı tədbirlər görülməlidir?

Tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, soyuq hava, temperaturun kəskin dəyişməsi və geyimə düzgün diqqət yetirilməməsi bu cür narahatlıqların yaranmasına şərait yarada bilər.

Onun sözlərinə görə, soyuq havanın tənəffüs yollarına təsiri burada mövcud olan mikroorqanizmlərin və virusların fəallaşmasına, nəticədə isə xəstəliklərin yayılmasına səbəb ola bilər.

Adil Qeybulla: "Çölə çıxarkən geyimə fikir vermək vacibdir”

Professor qeyd edib ki, insanlar qrip və koronavirus kimi infeksiyalara müəyyən qədər alışsalar da, onların yaratdığı təhlükəni unutmamalıdırlar:

“Qripdən hər il dünyada 1 milyona yaxın insan dünyasını dəyişir. Buna görə də diqqətli olmaq lazımdır. Xüsusilə küləkli havada və temperatur kəskin dəyişəndə çölə çıxarkən geyimə fikir vermək vacibdir”.

A.Qeybullanın sözlərinə görə, soyuğa və küləyə həssas olan insanlar geyim seçimində daha diqqətli olmalı, özlərini soyuqdan qorumaq üçün müvafiq tədbirlər görməlidirlər.

Günəş Mərd 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026