• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Tramp, "McDonald's" və "Burger King"ə KİBERHÜCUM

DÜNYA

15 Noyabr 2026 | 23:42 | Müəllif: Əli Hüseynov

Tramp, "McDonald's" və "Burger King"ə KİBERHÜCUM

ABŞ Prezidenti Donald Trampın, eləcə də "McDonald's" və "Burger King" kimi məşhur şirkətlərin sosial şəbəkələrdəki köhnə paylaşımlarında yer alan keçidlərin yönləndirdiyi ünvanlar naməlum şəxslər tərəfindən dəyişdirilib.

Bakıvaxtı.az "New York Post"a istinadən xəbər verir ki, hadisə əsasən 2011-2013-cü illərdə "X" (keçmiş "Twitter") platformasında dərc edilmiş paylaşımları əhatə edib.

Belə ki, "Burger King"in restoranlarının ünvanları ilə bağlı paylaşımlarında yerləşdirdiyi keçidlər istifadəçiləri Adolf Hitler və nasist konsentrasiya düşərgələri haqqında məlumatların yer aldığı səhifələrə yönləndirib. "McDonald's"ın paylaşımlarındakı keçidlərdən biri isə 11 sentyabr terror hücumları barədə məlumatların yerləşdirildiyi səhifəyə aparıb.

Donald Trampın hesabında da təxminən 20 köhnə paylaşımda yer alan keçidlərin yönləndirdiyi ünvanların dəyişdirildiyi bildirilir. İstifadəçilər həmin keçidlər vasitəsilə müxtəlif oyun və əyləncə məzmunlarının yerləşdirildiyi səhifələrə yönləndiriliblər.

İlkin ehtimallara görə, hadisə keçidlərin qısaldılması üçün istifadə olunan "Bitly" xidməti ilə əlaqədardır. Naməlum şəxslərin köhnə keçidlərin yönləndirildiyi ünvanları dəyişdirdiyi güman edilir.

Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil. Sosial şəbəkə hesablarının birbaşa ələ keçirildiyi isə təsdiqlənməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026