• Bakı 10° C

    7.09 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

80 yaşlı narkobaron öldü

DÜNYA

16 Noyabr 2026 | 10:16 | Müəllif: Gülşən Şərif

80 yaşlı narkobaron öldü

Meksikanın ən məşhur narkobaronlarından biri olan, "Bossların Bossu" ləqəbi ilə tanınan Miqel Anxel Feliks Qallardo vəfat edib.

Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, 80 yaşlı narkobaron səhhətinin kəskin pisləşməsi səbəbindən saxlanıldığı Puente Qrande Həbsxanasından Xalisko ştatının Qvadalaxara şəhərindəki Country 2000 Xəstəxanasına köçürülüb. 

O, xəstəxanaya oksigen çatışmazlığı və huşunun itməsi diaqnozu ilə yerləşdirilib. Həkimlər onun ölümünə səbəb kimi çoxsaylı orqan çatışmazlığını göstəriblər.

Xroniki xəstəliklərdən əziyyət çəkən Qallardo dəfələrlə ev dustaqlığına buraxılması üçün müraciət etsə də, müraciətləri rədd edilib. 

Qeyd edək ki, Miqel Anxel Feliks Qallardo Qvadalaxara narkotik kartelinin qurucularından biri hesab olunur və 1980-ci illərdə Meksikada narkotik ticarətinin əsas fiqurlarından olub. O, 1989-cu ildə həbs edilib və ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) agenti Enrike Kamarena Salazarın qaçırılması və qətlində ittiham olunaraq ümumilikdə 77 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026