• Bakı 9° C

    12.67 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Qazaxda yanğın oldu

CƏMİYYƏT

15 Noyabr 2026 | 15:02 | Müəllif: Zeynəb Rzayeva

Qazaxda yanğın oldu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qazax rayonu, Aslanbəyli kəndində fərdi yaşayış evinin həyətyanı sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ot bağlamaları yığılmış sahədə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 13 ton ot bağlamasının 3 tonu yanıb yanıb.

Ot bağlamalarının böyük hissəsi yanğından mühafizə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026