• Bakı 11° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycan gimnastları Çindəki yarışda bürünc medal qazanıblar

İDMAN

15 Noyabr 2026 | 00:09 | Müəllif: Gülşən Şərif

Azərbaycan gimnastları Çindəki yarışda bürünc medal qazanıblar

Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupları Yarışlarında Azərbaycan gimnastları uğurlu çıxışlarını davam etdirirlər.

Bakıvaxtı.az xəbər verir ki, Batut gimnastikası üzrə 13-14 yaş kateqoriyasında sinxron proqramda çıxış edən Muhamməd Həsənli və Ömər Qasımlı final mərhələsində 46.160 xal toplayaraq bürünc medalın sahibi olublar.

Eyni proqramda 17-21 yaş kateqoriyasında mübarizə aparan Mehdi Əliyev və Nicat Mirzəyev isə təsnifat mərhələsində 48.960 xalla 4-cü pillədə qərarlaşaraq finala vəsiqə qazanıblar.

Tamblinq üzrə fərdi proqramda 11-13 yaş kateqoriyasında ölkəmizi təmsil edən Əsnad Niftiyeva isə 42.700 xalla 8-ci nəticəni göstərərək final mərhələsinə yüksəlib.

Gimnastlarımız yarışda mübarizələrini davam etdirirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026