• Bakı 7° C

    8.18 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

CƏMİYYƏT

14 Noyabr 2026 | 22:27 | Müəllif: Gülşən Şərif

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Blue Marine" Fondunun mühafizə olunan dəniz əraziləri üzrə qlobal eksperti Maks Bello və "Great Whale Conservancy" təşkilatının təsisçisi və icraçı direktoru Maykl Fişbax ilə görüş keçirib.

Bakıvaxtı.az xəbər verir ki, görüş zamanı Xəzər dənizinin səviyyəsinin azalmasının dəniz ekosisteminə, biomüxtəlifliyə və sahilyanı ərazilərə təsirləri, eləcə də mövcud ekoloji çağırışların həlli istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.

Eyni zamanda, Azərbaycanda mühafizə olunan dəniz ərazilərinin genişləndirilməsi, Xəzər suitilərinin və digər nadir dəniz canlılarının mühafizəsi, onların təbii yaşayış mühitinin qorunması, eləcə də bu sahədə beynəlxalq təcrübə mübadiləsi və əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026