"Avroviziya Asiya 2026" mahnı müsabiqəsinin qalibi müəyyənləşib.
Bakıvaxtı.az xəbər verir ki, yarışmanın ilk qalibi Filippin təmsilçisi Karmel Kollado (Carmelle Collado) olub. O, "Sobra-Sobra" adlı mahnısı ilə rəqiblərini geridə qoyaraq birincilik əldə edib.
Müsabiqənin finalı noyabrın 14-də Tailandın paytaxtı Banqkokda keçirilib. İlk dəfə təşkil olunan yarışmada Asiyanın 11 ölkəsindən iştirakçı qatılıb.















