• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO

REPORTAJ

14 Noyabr 2026 | 23:27 | Müəllif: Gülşən Şərif

Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO

Bakının Maştağa qəsəbəsinin sakini Cəlal Axundov 7 aydır iki illiyə kreditlə aldığı maşının ondan xəbərsiz satışa çıxarıldığını iddia edib.

Bakıvaxtı.az “Xəzər TV”yə istinadən xəbər verir ki, Cəlal Axundov deyib ki, sürdüyü maşının satışı haqda məlumatı tanımadığı şəxslərdən alıb.

Onun sözlərinə görə, maşın üçün 2 min manat ilkin ödəniş edib, hər ay da 375 manat ödəyir. Dediyinə görə, özündən xəbərsiz avtomobili satışa çıxarlıb, hətta bir neçə nəfərdən beh də alınıb.

Saxta elan sahibinə beh ödəyən şəxslərdən biri də Sirac Qayıbovdur.

Elanda qoyulan telefon nömrəsinə isə zəng çatmır.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, qeyd edilən məsələ nəzarətə götürülüb, araşdırma aparılır.

Daha ətraflı videomaterialda:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026