• Bakı 13° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır

DÜNYA

15 Noyabr 2026 | 12:02 | Müəllif: Zeynəb Rzayeva

Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır

Fransa Prezidenti Emmanuel Makron Ukraynanın NATO-nun tərkibinə qəbul edilməsini zəruri hesab etdiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Fransa lideri bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

"Əminəm ki, Avropada ən güclü konvensional orduya malik olan Ukrayna NATO ilə birlikdə əsas rol oynayır və Alyans çərçivəsində ona layiqli yer ayrılıb", – deyə E.Makron vurğulayıb.

Qeyd edək ki, daha əvvəl "The Economist" qəzeti ABŞ-nin münaqişənin nizamlanması layihələrindən biri çərçivəsində Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını və Avropaya qaz tədarükünün bərpasını, Kiyevə isə NATO-ya üzvlükdən imtina müqabilində "investisiya paketi" və Avropa İttifaqına üzvlük təklif etdiyini yazmışdı.

ABŞ 2025-ci ildən etibarən Ukraynanın NATO-ya qəbulunun artıq gündəmdə olmadığını dəfələrlə bəyan edib və bunu Alyansın Baş katibi Mark Rütte də təsdiqləyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026