• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ermənistanı 20 il sonra harada gördüyünü açıqladı

DÜNYA

14 Noyabr 2026 | 15:31 | Müəllif: Subhan Mahmudov

Ermənistanı 20 il sonra harada gördüyünü açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin 20 ildən sonra Avropa İttifaqının (Aİ) üzvü olmasını istədiyini bildirib.

Bakıvaxtı.az Rusiya mediasına istinadən xəbər verir ki, Paşinyan bu barədə Dublində Beynəlxalq və Avropa Məsələləri İnstitutunda çıxışı zamanı danışıb.

Baş nazir Ermənistanı 20 ildən sonra Avropa İttifaqının tərkibində gördüyünü bəyan edib.

Qeyd edək ki, 2025-ci ilin martında Ermənistan parlamenti ölkənin Aİ-yə üzvlük prosesinə başlanması haqqında qanun qəbul edib. Paşinyan daha əvvəl də hökumətinin Avropaya yaxınlaşma siyasətini davam etdirəcəyini və xarici ticarət əlaqələrinin şaxələndirilməsinə çalışacağını açıqlamışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026