Füzulidə baş verən ağır yol qəzasında xəsarət alan 28 yaşlı qadının müalicəsi Bakıda davam etdiriləcək.
Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, qəza zamanı yaralanan 1998-ci il təvəllüdlü Mustafayeva Rəmziyə Mustafa qızı Sabunçu Tibb Mərkəzinə köçürülüb.
Digər yaralıların müalicəsi Füzuli Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində davam etdirilir.
















