• Bakı 12° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Səudiyyə Ərəbistanında iki pilotsuz uçuş aparatı vurulub

DÜNYA

15 Noyabr 2026 | 09:03 | Müəllif: Zeynəb Rzayeva

Səudiyyə Ərəbistanında iki pilotsuz uçuş aparatı vurulub

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası ölkənin şərq bölgəsində iki pilotsuz uçuş aparatının (PUA) zərərsizləşdirildiyini açıqlayıb.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə koalisiyanın rəsmi nümayəndəsi “X” sosial şəbəkəsində məlumat yayıb.

    “Səudiyyə Ərəbistanının şərq bölgəsində pilotsuz uçuş aparatı ələ keçirilərək məhv edilib”, – ilkin açıqlamada bildirilib.

    Daha sonra koalisiya eyni bölgədə ikinci pilotsuz uçuş aparatının da vurulduğunu açıqlayıb.

    PUA-ların haradan buraxıldığı, hansı istiqamətdə hərəkət etdiyi və mümkün hədəfləri barədə məlumat verilməyib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    21 Noyabr 2026