ABŞ Prezidenti Donald Tramp İranla müharibənin hərbi baxımdan faktiki olaraq başa çatdığını və ABŞ-ın müharibəni udduğunu bildirib.
Bakıvaxtı.az xəbər verir ki, Tramp buna baxmayaraq, ABŞ-ın Yaxın Şərqdə hərbi qüvvələrini yüksək hazırlıq vəziyyətində saxladığını və bunun ölkə büdcəsinə milyardlarla dollara başa gəldiyini deyib.
Tramp bildirib ki, ABŞ tam qələbə əldə etməlidir: “Biz qalib gəldik. İndi məsələ bunun nə vaxt başa çatdırılacağıdır. Biz tam qələbə əldə etməliyik. 93 faizlik deyil, tam qələbə”.
Prezident həmçinin ABŞ-nin Yaxın Şərqdə müdafiə etdiyi müttəfiqlərin müharibə ilə bağlı bütün xərcləri ABŞ-yə geri ödəyəcəyini deyib.
















