• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qətər və Türkiyə regional münaqişələrdə birgə vasitəçiliyi razılaşdırıb – YENİLƏNİB

DÜNYA

14 Noyabr 2026 | 01:05 | Müəllif: Subhan Mahmudov

Qətər və Türkiyə regional münaqişələrdə birgə vasitəçiliyi razılaşdırıb – YENİLƏNİB

Qətərlə Türkiyə arasında ticarət dövriyyəsinin artırılması, enerji əməkdaşlığı, təhlükəsizlik məsələləri və regional münaqişələrdə birgə vasitəçilik razılaşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi (XİN) "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"Hər iki ölkə iqtisadiyyatının potensialını nəzərə alaraq və yaxın gələcəkdə qarşılıqlı ticarət dövriyyəsinin 5 milyard ABŞ dollarına çatdırılması məqsədini bir daha təsdiqləyərək, tərəflər ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi və şaxələndirilməsi, eləcə də Ticarət və İqtisadi Tərəfdaşlıq Sazişinin (TEPA) bu məqsədə nail olunmasına verə biləcəyi töhfə baxımından yeni imkanların araşdırılması barədə razılığa gəlib", - Qətərlə Türkiyə arasında Ali Strateji Komitənin 12-ci iclasının Birgə Kommünikesində bildirilib.

Bundan əlavə, tərəflər Qətərin Türkiyəyə əhəmiyyətli həcmdə investisiyalar yatırdığını, Türkiyə podratçı şirkətlərinin isə Qətərdə ümumi dəyəri 20,8 milyard ABŞ dolları olan 206 layihə həyata keçirdiyini qeyd edib və iqtisadi-ticarət əməkdaşlığının daha da gücləndirilməsi barədə razılıq əldə olunub:

"Tərəflər, xüsusilə mayeləşdirilmiş təbii qaz (LNG) ticarəti sahəsində uzunmüddətli və möhkəm münasibətlərə əsaslanan konkret enerji əməkdaşlığı layihələrinin həyata keçirilməsinə hazır olduqlarını bildiriblər".

Həmçinin təhlükəsizliyə qarşı təhdidlər, eləcə də regional və qlobal təhlükəsizlik məsələləri və müdafiə siyasəti ilə bağlı məsləhətləşmələr aparmaq, birgə hərbi təlimlər, müdafiə sənayesi sahəsində əməkdaşlıq və şəxsi heyətin təlim mübadiləsi vasitəsilə əməkdaşlığı gücləndirmək razılaşdırılıb.

"Vasitəçilik və münaqişələrin həllinə yardım sahəsindəki müvafiq rollarını nəzərə alaraq, Türkiyə və Qətər müntəzəm məsləhətləşmələr və təcrübə mübadiləsi də daxil olmaqla, əməkdaşlıq və koordinasiyanı daha da gücləndirmək, vasitəçilik, münaqişələrin həllinə yardım və qabaqlayıcı diplomatiya vasitəsilə münaqişələrin qarşısının alınması, onların dinc yolla həlli, davamlı sülh və sabitliyin təşviqi istiqamətində birgə səylərini davam etdirmək barədə razılığa gəlib", - kommünikedə qeyd olunub.

 

***13 noyabr, 20:15

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Sani İstanbulda keçirilən yüksək səviyyəli danışıqlar zamanı qarşılıqlı müdafiə sazişi imzalayıblar.

Bakıvaxtı.az xəbər verir ki, Ərdoğan bildirib ki, Ankara və Doha Fars körfəzi bölgəsində münaqişənin yenidən alovlanmasının qarşısını almaq üçün birgə işləməyə davam edəcəklər.

Tərəflər həmçinin sülh, barışıq və münaqişələrin həlli üzrə əməkdaşlıq memorandumu imzalayıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026