Sumqayıtda bıçaqlanma hadisəsi olub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən zavodda qeydə alınıb.
54 yaşı Bilal Şahgəldiyev bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Məlumata görə, yaralı onu bıçaqlayan şəxsi tanımayıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
















