Biz Ukrayna üçün ABŞ istehsalı silahların alınmasını nəzərdə tutan PURL proqramına vəsaiti ayırmayacağıq.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Polşa Baş naziri Donald Tusk deyib.
“NATO-nun Baş katibi Mark Rutteyə söylədim ki, hazırda PURL proqramına – Ukrayna üçün Avropa vəsaiti hesabına Amerika silahlarının alınmasına maliyyə töhfəsi verməyəcəyik”, – Tusk qeyd edib.
O, qərarı ölkənin yüksək büdcə kəsiri və ölkənin müdafiəsinə çəkilən xərclərlə əlaqələndirib.
















