• Bakı 13° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rövşən Nəcəf Azərbaycan milli komandasını təbrik etdi

İDMAN

14 Noyabr 2026 | 13:53 | Müəllif: Subhan Mahmudov

Rövşən Nəcəf Azərbaycan milli komandasını təbrik etdi

AFFA prezidenti Rövşən Nəcəf Azərbaycan milli komandasını UEFA Millətlər Liqasının qrup mərhələsində Lixtenşteyn yığması üzərində qazanılan qələbə münasibəti ilə təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, qurum rəhbəri bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

"Milli komandamız Lixtenşteyn üzərində səfər qələbəsi qazanaraq UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunda birinci yeri təmin etdi. Təbriklər, millimiz!", - deyə o bildirib.

Xatırladaq ki, Lixtenşteyn - Azərbaycan oyunu yığmamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qolu 26-cı dəqiqədə Mahir Emreli meydan sahiblərinin qapısına vurub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026