• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Zelenskidən Meloniyə irad: Siz bunu istəmirdiniz...

DÜNYA

14 Noyabr 2026 | 17:13 | Müəllif: Subhan Mahmudov

Zelenskidən Meloniyə irad: Siz bunu istəmirdiniz...

Dublində keçirilən Avropa Birliyinin qeyri-rəsmi sammiti çərçivəsində İtaliyanın Baş naziri Corciya Meloni ilə görüşü zamanı Ukrayna Prezidenti Vladimir Zelenski elə bir fikir səsləndirib ki, "Il Fatto Quotidiano" qəzeti bunu bir irad kimi şərh edib.

Bakıvaxtı.az xəbər verir ki, İtaliya qəzeti Zelenskinin şəxsi X hesabında paylaşdığı siyasətçilərin qarşılanma anını əks etdirən videoya istinad edib.

"Sonuncu görüşümüzdən xeyli vaxt keçib", - nəşir Melonin sözlərindən sitat gətirib.

Zelenski isə ingilis dilində belə cavab verib: "Siz bunu istəmirdiniz".

Qeyd olunub ki, 2 lider arasında sonuncu üzbəüz görüş iyul ayında Ankarada keçirilən NATO sammiti zamanı baş tutmuşdu.

Nəşrin müəllifi həmçinin vurğulayıb ki, Zelenski Avropa paytaxtlarına müntəzəm səfərləri zamanı qəsdən Romanı ziyarət etməyib./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026