Bakının Nərimanov rayonunda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən (DİN) Bakıvaxtı.az-a verilən məlumata görə, cinayət əməlini törədən daha 3 nəfər - Y.Cəbiyev, Ə.Hüseynov və B.Bəndəliyev Nərimanov rayonunda polisin keçirdiyi növbəti tədbirlərlə saxlanılaraq istintaqa təhvil veriliblər.
Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
***13 noyabr, 16:56
Paytaxtın Nərimanov rayonunda kafedə insident baş verib.
Bakıvaxtı.az xəbər verir ki, insidentlə bağlı polis tərəfindən əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilib.
Hadisəni törədən şəxslərdən bir neçəsi saxlanılıb, digər 3 nəfərin də şəxsiyyəti müəyyən olunub. Onların saxlanılması istiqamətində polis tərəfindən zəruri tədbirlər görülür.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
















