• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu məhsulların gömrük rüsumlarının dərəcələri dəyişdirilir

CƏMİYYƏT

13 Noyabr 2026 | 18:36 | Müəllif: Subhan Mahmudov

Bu məhsulların gömrük rüsumlarının dərəcələri dəyişdirilir

Bir sıra məhsulların idxalına tətbiq olunan gömrük rüsumlarının dərəcələri dəyişdirilir.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarına dəyişiklik edilib.

    Dəyişikliyə əsasən, bir sıra məhsullar üzrə idxal gömrük rüsumlarının dərəcələri 2030-cu il dekabrın sonunadək dəyişdirilir. Belə ki, həmin tarixədək idxal olunan nərə balığı kürüsünə 15%, lakin hər kiloqram üçün 200 ABŞ dollarından az olmamaq şərtilə gömrük rüsumu tətbiq ediləcək. Hazırda bu rüsum idxal dəyərinin 15%-ni təşkil edir.

    Siqar, siqaret və siqarillalar üçün rüsum 15%, lakin hər 1000 ədəd üçün 3 ABŞ dollarından az olmamaq şərtilə müəyyənləşdirilib. Hazırda hər 1000 ədəd üçün rüsum 0,5 ABŞ dollarıdır.

    Polivinilxloridlə (PVC) hopdurulmuş və ya üzlənmiş tekstil parçalarına tətbiq olunan gömrük rüsumu isə əvvəlki 0 və ya 5%-dən 15%-ə qaldırılıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    20 Noyabr 2026