• Bakı 12° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ümidimizi Lixtenşteynlə oyuna bağlamışıq - Samir Abasov

İDMAN

13 Noyabr 2026 | 19:33 | Müəllif: Subhan Mahmudov

Ümidimizi Lixtenşteynlə oyuna bağlamışıq - Samir Abasov

“Millidən yalnız qələbə gözləyirəm. Başqa cür ola bilməz. Əgər qalib gələ bilməsək, artıq millidən və futboldan danışmağa dəyməz”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Neftçi” futbol klubunun sabiq baş məşqçisi Samir Abasov deyib.

Təcrübəli mütəxəssis UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək Lixtenşteyn - Azərbaycan qarşılaşması ilə bağlı gözləntilərini bölüşüb.

“Bundan sonra ümidimizi klublara bağlamalı olacağıq. Qələbə qazana bilməsək, bunun məsuliyyətini yalnız baş məşqçi Ayxan Abbasovun üzərinə qoymaq düzgün olmaz. Bu barədə futbolçular da düşünməlidirlər. Görün, nə günə qalmışıq ki, artıq ümidimiz Lixtenşteynlə görüşə qalıb. Olan olub, keçən keçib. Əgər bu, bizim alın yazımızdırsa, qəbul etməliyik. Belə qarşılaşmalarda qalib gəlib seviniriksə, heç olmasa, bu dəfə də qələbə qazanaq. Elə futbolçular var ki, yəqin, heç ağıllarına da gəlməzdi ki, nə vaxtsa millidə çıxış edəcəklər. Ayxan Abbasov onlara bu imkanı verib. Onlar da yaradılan şansdan maksimum yararlanmalı, özlərini göstərməli və milli komandaya layiq olduqlarını sübut etməlidirlər”, - deyə o sport24.az-a açıqlamasında söyləyib.

Xatırladaq ki, bu gün Vaduts şəhərində keçiriləcək Lixtenşteyn - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026