• Bakı 13° C

    5.4 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Sabah Parisdə üç etiraz aksiyası planlaşdırılıb

DÜNYA

13 Noyabr 2026 | 17:04 | Müəllif: Əli Hüseynov

Sabah Parisdə üç etiraz aksiyası planlaşdırılıb

Noyabrın 14-də Parisdə 30 mindən 60 minədək insanın iştirakı ilə 3 etiraz aksiyasının keçirilməsi planlaşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.

Hüquq-mühafizə orqanları tərəfindən silahın qanuni tətbiqi prezumpsiyası haqqında qanun layihəsinə qarşı aksiya, uşaqlara qarşı zorakılıq əleyhinə beynəlxalq yürüş və "sarı jiletlilər"in mitinqi başlanğıc yeri Respublika meydanı olmaqla Paris polisi prefekturasında qeydiyyata alınıb.

Fransanın daxili işlər naziri Loran Nünyes bildirib ki, şənbə günü etirazlar zamanı asayişin qorunması üçün təxminən 70 min polis və jandarm cəlb ediləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR