Avropada siqaret kötükləri böhranına görə filtrli siqaretlərin satışı qadağan edilə bilər.
Bakıvaxtı.az "Politico"ya istinadən xəbər verir ki, Brüssel, Münhen, Dublin, Genuya və digər şəhərlərin hakimiyyəti "Plastik Filtrə Yox" kampaniyasına qoşularaq bu təkliflə çıxış edib.
Təşəbbüsü Hollandiya hakimiyyəti və ekoloji təşkilatlar da dəstəkləyir. Ümumdünya Səhiyyə Təşkilatı da qadağanın tərəfdarıdır.
Təşkilatın məlumatına görə, siqaret kötükləri Brüsseldəki tullantıların üçdə birini təşkil edir. Şəhərlərin təmizlənməsi və kötüklərin utilizasiyasına hər il 26 milyard dollar xərclənir.
Kampaniya rəhbəri Karl Berenfenger bildirib ki, filtrdə olan plastik ən çox yayılan tullantı növüdür və ətraf mühiti ciddi şəkildə çirkləndirir.
Gülşən Şərif
















