• Bakı 15° C

    7.37 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

İnfarktın bu əlamətləri mədə problemi ilə səhv salınır

CƏMİYYƏT

13 Noyabr 2026 | 11:25 | Müəllif: Günəş Mərd

İnfarktın bu əlamətləri mədə problemi ilə səhv salınır

Ürək tutması həmişə şiddətli sinə ağrısı ilə müşayiət olunmur.

Bakıvaxtı.az xəbər verir ki, bəzi hallarda qarının yuxarı hissəsində ürək yanmasına bənzər narahatlıq, ürəkbulanma və həzmsizlik də infarktın əlamətləri ola bilər.

Bərpaedici tibb üzrə ixtisaslaşmış həkim, nevroloq və Sistemik Sağlamlıq Akademiyasının təsisçisi Aleksey Mamatov bu barədə RT-yə bildirib.

Onun sözlərinə görə, belə simptomlar tez-tez soyuq tər, nəfəs darlığı və ümumi halsızlıqla müşayiət olunur.

Həkim xəbərdarlıq edib ki, bəzi insanlarda, xüsusilə qadınlarda, yaşlılarda və diabet xəstələrində infarkt daha qeyri-adi əlamətlərlə özünü göstərə bilər. Bunlara səbəbsiz zəiflik, nəfəs darlığı və həzmsizlik hissi daxildir.

Nevroloq vurğulayıb ki, infarkt zamanı başgicəllənmə, eləcə də sinədən belə, qola və ya çənəyə yayılan ağrılar da müşahidə oluna bilər. Belə əlamətlər yarandıqda dərhal təcili tibbi yardım çağırmaq lazımdır. Xəstəxanaya özbaşına getməyə çalışmaq tövsiyə edilmir.

Mamatov qeyd edib ki, mədə-bağırsaq sistemi ilə əlaqəli ağrılar adətən qidalanma və ya düzgün olmayan bədən duruşu ilə bağlı olur və digər həzm problemləri ilə müşayiət edilir.

Bununla belə, narahatlığın ürəklə əlaqəli olmadığını tam əminliklə söyləmək mümkün deyil. Buna görə də belə hallarda tibbi müayinədən keçmək vacibdir.

Murad İsmayıl 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026